OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, kəndlidən alınan məhsul bazarda 2 dəfə baha satılır...
Fındığın qiyməti Zaqatalalı təsərrüfatçıları narahat edir. Fermerlər deyir ki, əvvəllər kiloqramı 5 manatdan yuxarı olan məhsulu indi onlardan 4 manata alırlar. Kəndlilər hətta qış ayları üçün saxladıqları fındığı da istədikləri qiymətə sata bilmirlər.
Təsərrüfatçılar fındığın yetişdirilməsinə çəkilən xərclərin də artdığını bildirirlər.
Ancaq bazarda qiymətlər od tutub yanır. Belə ki, kənddən gətirilən fındıq burada 2 dəfə baha satılır. Satıcılar deyir ki, əvvəllər kiloqramı 5 manata olan bu meyvənin qiyməti indi 8-9 manat arasında dəyişir.
Satıcılar qiymətlərin bahalaşmasını mövsümlə əlaqələndirirlər.
Bazarda ən çox təlabat isə Zaqatalada yetişdirilən fındığadır.
Oxu24.com
ŞƏRHLƏR