Hindistan kinosunun məşhur səs ifaçılarından biri, bəstəkar, aktrisa, müğənni, əvəzolunmaz səsindən “Avara” (1951), (1955) “Bobbi” (1973), “İntiqam və Qanun” (1975) "Qanq, sənin suların bulanıqdır” (1985) və bir çox başqa fimlərdə istifadə edilən Lata Manqeşkar vəfat edib.
Oxu24.com-un NDTV kanalına istinadən məlumatına görə, o, bu gün səhər 92 yaşında vəfat edib.
Bəstəkar, aktrisa ötən çərşənbə axşamı COVID-19 diaqnozu ilə Mumbay şəhərinin klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.
Manqeşkar Bollivudun qızıl əsri adlanan dövrün - 1950-1970-ci illərin əfsanə və simvollarından biri hesab olunur. Ölkədə "Hindistan bülbülü" və "Melodiya kraliçası" adlandırılan aktrisa, 30-dan çox hind dilində, daha çox marati və benqal dillərində bir çox filmlər üçün mahnılar oxuyub. O, çoxsaylı kino mükafatlarının və laureatlarının qalibidir. 2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan “Bharat Ratna” ilə təltif edilib.
Oxu24.com
ŞƏRHLƏR