Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64809
az

Sabiq icra başçısı vəfat etdi - FOTO

21:3805 Fevral, 2022
185
CƏMİYYƏT
  • A

Saatlının sabiq icra başçısı Cahangirov Atabəy Şahmur oğlu 71 yaşında vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat verib.

O, 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1970-ci ildə N.Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmişdir. Eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. O, əmək fəaliyyətinə başladığı ilk illərdən rayon rəhbərliyinin diqqətində olmuşdur. Buna görə də o, Saatlı Rayon Komsomol Komitəsinin 2-ci, daha sonra isə 1-ci katibi kimi məsul vəzifələrə seçilmişdir.

Atabəy Cahangirov 1975-81-ci illərdə rayon komsomol komitəsində işləmiş, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon Sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.

O, 26 yaşında ikən rayon gənclərinə, 36 yaşında isə rayona rəhbərlik etmişdir. Həmin dövrdə respublikada belə gənc ikən rayon partiya komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilən ilk şəxs olmuşdur.

Qeyd edək ki, mərhum YAP-ın İdarə Heyətinin üzvü, kardioloq, professor Tofiq Cahangirovun qardaşıdır.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı