Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64797
az

Namiqdən Aygünün \"çaşmasın\" sözünə CAVAB: Əsas odur ki... - VİDEO

19:0605 Fevral, 2022
263
  • A

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımovanın duet təklifinə cavab verib.

OXU24.COM  bildirir ki, bu barədə o, olay.az-a açıqlamasında danışıb. Namiq deyib ki, həmin görüntüləri izləmədən dəqiq bir söz söyləyə bilməz:
"Mənə bir az əvvəl də dedilər. Düzü videoya baxmamış fikir bildirmək istəmirəm. Çünki biri deyir duet təklif edib, o biri söyləyir ki "çaşmasın" deyib. Həmin görüntüləri izləməliyəm. Bir dəfə dedilər ki, filankəs səninlə duet oxumaq istəyir. Mən də fikir bildirdim. Gedib, ona söylədilər ki, Namiq səninlə duet oxumaq istəyir.

Duet elə bir şeydir ki, düşmənlərimizdən başqa hər kəslə oxumaq olar. Əsas odur ki, yaxşı bir iş alınsın. Bəzən duet təklifi edirlər, kənara çəkilirlər. Yük mənim çiynimdə qalır. Mən də söz yazmalıyam, musiqi hazırlamalıyam. Ona görə də mənim üçün fərq etməz kim təklifi edib. Əsas odur ki, yaxşı iş olsun".

İfaçı eyni zamanda anasının səhhətindən də söz açıb:

"Yoxlanışdan qayıtdı, sağlamdır, problem yaranmayıb. Bu elə bir şeydir ki, bir neçə aydan bir yoxlanış olmalıdır. Şükür ki, yaxşıdır".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balaəlinin səhhəti pisləşdi: Ürəyində problem yaranıb - Video
Xatirənin Xankəndidəki evi -VİDEO
“Damla, Günay, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım” - Könül Kərimova

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı