Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64661
az

Xoşqədəmin verilişində həbs olunan Əfsanədən xəbər var

18:1102 Fevral, 2022
420
  • A

Ağcabədi şəhər sakini Əfsanə Cəfərovanın 1 fevral 2022-ci il tarixdə "ARB" televiziya kanalının "Səni axtarıram" adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olması barədə məlumat verməsi ilə əlaqədar bildiririk ki, 1962-ci il təvəllüdlü Faxrəndə Həsən qızı İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılmaqla onun ölümündə kənar şəxslərin iştirakı, hadisənin baş vermə faktı və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər icra edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

"​Araşdırma zamanı Faxrəndə İbrahimovanın ailə üzvləri ilə, o cümlədən gəlini Əfsanə Cəfərova ilə münasibətləri, aralarında ədavət və ya münaqişələrin olub-olmaması da yoxlanılmaqla, onların hər birinin hadisə gününə aid alibiləri, istifadələrində olan mobil telefonlar üzrə qeydə alınan zənglər, antena göstəriciləri, SMS məlumatları təhlil olunmuşdur.

İlkin araşdırma zamanı Əfsanə Cəfərova prokurorluqda verdiyi çoxsaylı izahatlarında baş vermiş hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərmiş, eləcə də kənar şəxslər tərəfindən cinayətin törədilməsinə əsas verən hər hansı dəlillər əldə olunmadığından 3 mart 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Faxrəndə İbrahimovanın oğlu Elşad Cəfərovun 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilməklə Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılmışdır.

Əfsanə Cəfərovanın televiziya verilişində səsləndirdiyi məlumatlarla bağlı 2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Bununla belə Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

Odur ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaqdır", - məlumatda qeyd edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat
İşdən beş dəqiqə gec çıxan sevgilisini döydü
Rusiyada 3 azərbaycanlıdan biri göldə boğuldu - Anbaan görüntülər

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat