Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64582
az

Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istədilər

22:4431 Yanvar, 2022
238
CƏMİYYƏT
  • A

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.

O xəbər verir ki, hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər - İlhamə Həsənova ilə Rəşad Əliyev çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.

Onlar İ.İsmayılovun barəsində bərat hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi