Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6426
az

Cinsi yolla keçən infeksiyaların əlaməti, müalicəsi - MÜTLƏQ OXUYUN +VİDEO

12:4825 Oktyabr, 2018
1618
TİBB
  • A
 Cinsi yolla keçən infeksiyaların başlıca yoluxma səbəbi qorunmadan cinsi əlaqəyə girmək və buna bağlı olaraq,başda HİV və Hepatit B olmaqla,çoxlu sayda bakteriyalar,virus,göbələk və parazitin ortaya çıxdığı xəstəliklərdir.

Bu infeksiyaların əksəriyyətinin  müalicəylə həlli yolu olduğu halda,bəzi virusların (AİDS və.s ) müalicə yolları axtarılmaqdadır.

Medicina.az xəbər verir ki, xəstəliyə səbəb olacaq biriylə cinsi əlaqədən sonra keçə biləcək infeksiyalardan sonra cinsi orqanda axıntı,şişkinlik,ağrılı və ya ağrısız yaralar kimi narahatçılıqlar əksər hallarda özünü biruzə verə bilir.Sadaladığımız şikayətlər olmasa belə bu infeksiyanın olmadığı demək deyildir.

Axıntı sağlam qadınlarda da baş verə bilər, miqdarı və rənginə görə dəyişiklik göstərir.Kişilərdə hər hansı bir axıntı,qadınlarda isə normal olmayan axıntı olduğu zaman həkimə müraciət etməkləri məsləhət görülür.

Cinsi yolla keçən infeksiyalar yalnız əlaqədə olduğunuz partnyorlardan başqa,qanköçürmdən,öncədən istifadə olunmuş iynədən,anadan körpəsinə qan yolu ilə ya da doğuş zamanı keçə bilir.Qidalardan və ya eyni qabdan,eyni mühitdə yaşamaqla yoluxmaz.

Cinsi əlaqə zamanı infeksiyanın  kişidən qadın partnyora keçməsi daha asandır.Bir neçə partnyorla eyni vaxt aralığında qorunmasız əlaqədə olmaq cinsi infeksiyaya yoluxma və partnyora keçirmə riski daha çoxdur.

1.Cinsi yolla keçən infeksiyaların qadın və kişilərdə görülən eyni əlamətləri.

Sidik ifrazatı zamanı yanma,göynəmə,tez-tez sidiyə getmə.

Cinsi orqanda ağrılı/ağrısız açıq yaralar və ya qabarıqlar.

Qol və ayaqlarda qaşıntısız qızarıqlar.

Cinsi orqanda qaşınma hissi və ya qaşıntı.

Baş ağrısı,halsızlıq,ürəkbulanma və ya qusma.

Temperatur,üşütmə.

Ağızda yaralar.

Qasıqda şişkinlik və ya ağrı.

Dərialtı şişkinlik.

 

2.Kişilərdə əlamətləri.

Penisdən axıntının (sarı,yaşıl rəngli) gəlməsi.

 
3.Qadınlarda əlamətləri.


Nizamsız menstruasiya

Qasıqda və ya beldə ağrılar

Normaldan fərqli olaraq gələn vaginal axıntı (ağ,sarı,boz,yaşıl,iltihablı və qoxulu)

Cinsi əlaqə zamanı ağrılar

 
4.Cinsi yolla keçən infeksiyalar aşağıda sadalananlarda keçməz.

Havadan keçməz

Asqırma,öskürmə,tüpürmə və bəlğəmlə

Ev heyvanlarından

Qucaqlama və görüşməklə


Müalicə

Cinsi yolla keçən infeksiyaların əksəriyyətinin  müalicə yolu vardır.

Vacib olanı sadalanan şikayətləri özünüzdə hiss etdiyiniz zaman həkimə müraciət etməyiniz,şikayətinizə əsasən göstəriş verilən müayinələrdən keçməyiniz və nəticəyə əsasən yazılan müalicə və göstərişə riayət etməyinizdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Öpüşməklə keçən xəstəliklər - Ağız suyu ilə yoluxursunuz
Azərbaycanda kişilərin 15 faizi cinsi əlaqədə olmayıb - HESABAT
Bu, bir çox  kişiləri narahat edir: Yalnız  kişilər  üçün  video

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ