Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64226
az

Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir? - AÇIQLAMA

22:3622 Yanvar, 2022
245
CƏMİYYƏT
  • A
Gözəllik salonlarında narkotik vasitələrin satışı ilə bağlı daxil olan məlumatların heç biri öz təsdiqini tapmayıb. Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib. O bildirib ki, tərəfimizdən daxil olan məlumatlar əsasında əməliyyat tədbirləri həyata keçirilib: “Hər hansı gözəllik salonunda xanımlara narkotik vasitələrin təklif olunması ilə bağlı bu günə qədər məlumat yoxdur. Hələ ki, bu fakta rast gəlinməyib. Daxil olan məlumatlar mütəmadi yoxlanılır”. Eyni zamanda, ölkə daxilində narkotik vasitə hazırlanan laboratoriyaların olduğuna dair iddiaların da yayıldığını deyən A.Qafarov bunun da həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb: “Ötən il məlumat yayılmışdı ki, xaricdən gəlib burada narkotik istehsal edirlər. Araşdırmalar aparıldı və bu kimi məlumatların həqiqəti əks etdirmədiyi sübuta yetirildi”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı