Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64138
az

SON DƏQİQƏ! Azərbaycanda məşhur general vəzifədən uzaqlaşdırılıb - SƏBƏB+FOTO

13:3921 Yanvar, 2022
1560
SON DƏQİQƏ
  • A

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb. 

Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, hazırda informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur. 

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənməyə çalışdıq. Bir neçə gün ərzində etdiyimiz bütün cəhdlər nəticəsiz qaldı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək