Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64089
az

Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?

21:2920 Yanvar, 2022
303
İQTİSADİYYAT
  • A

Bu gün inflyasiyanın sürətlənməsi qlobal miqyas alıb və hər hansı bir ölkənin fərdi problemi deyil. Bu, ilk növbədə, pandemiya şəraitində dünya ərzaq qiymətlərinin artması və ayrı-ayrı ölkələrdə əlverşsiz hava şəraiti ilə əlaqədardır.

Dünya ərzaq inflyasiyanın sürətlənməsi orta hesabla iki aydan bir daxili istehlak qiymətlərinin artımında özünü göstərir. Qlobal miqyasda inflyasiyanın sürətlənməsinə həm də qlobal tədarük zəncirinin qırılması şəraitində məhsul təklifinin çatışmazlığı və beynəlxalq daşımaların, ilk növbədə konteyner daşımaları tarifinin artması təsir edib. Bundan başqa, enerji məhsulları da bahalaşır.

Dünya Bankının məlumatlarına əsasən, 2021-ci ildə enerji daşıyıcıları qiyməti illik müqayisədə 77 faiz, qeyri-enerji məhsullarının qiyməti isə 20 faiz artıb. Dünya ərzaq qiymətləri ötən il 10 illik rekord vurub.

Azərbaycanda orta illik inflyasiya 6,7 faiz, ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz, illik inflyasiya isə 12 faiz təşkil edib.

Azərbaycanda inflyasiya sırf xarici səbəblərlə bağlıdır. Koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlərin ləğvi iqtisadiyyata təsir göstərdi, nəticədə Azərbaycana idxal olunan məhsulun qiymətində artım baş verdi.

Ölkədə inflyasiyanın artımının fəsadlarının yumşaldılması üçün ardıcıl addımlar atılır. 2021-ci ildə daxili bazarda satılan hər bir ton un və un məmulatları üçün subsidiyaların həcmi artırılıb, un, çörək istehsalı və satışı 2024-cü ilədək ƏDV-dən azad edilib, iri buğda idxalatçılarına isə Mərkəzi Bankın vəsaitləri hesabına güzəştli kreditlər verilib.

Satış bazarında qiymətlərlə manipulyasiyaların qarşısının alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək qiymətinin maksimum həddini müəyyənləşdirib. 50 kiloqram çəkidə un kisəsinin topdan satış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (kürə) çörəyin pərakəndə satış qiyməti 0,5 manat, 600 qramlıq ənənəvi (kürə) çörəyin qiyməti 0,65 manat müəyyən edilib.

Un qiymətlərinin, eləcə də ənənəvi (kürə) çörəyin çəki və qiymətinin əsassız dəyişdirilməsinin qarşısının alınması, istehlak bazarında keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi üçün müntəzəm monitorinqlər aparılır, antiinhisar qanunvericiliyin icra olunması üçün zəruri tədbirlər görülür. Qanunericiliyin pozulması aşkar olunacağı təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Dünya ərzaq bazarlarında əsas məhsulların qiymətinin artımı nəzərə alınaraq, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət ayrılır.

Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması üçün azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialının istifadə olunması planlaşdırılır. Kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət baxımından dəyişikliyin əldə olunması, məhsuldarlığın artırılmasıdır.

Müvafiq dövlət orqanlarına qısa müddətdə hökumətə antiinflyasiya tədbirlərinin gücləndirilməsi barədə Tədbirlər planını təqdim etmək tapşırılıb.

Azərbaycan Mərkəzi Bankının proqnozlarına əsasən, ölkədə inflyasiya 2022-ci ilin ortalarından etibarən azalacaq. Tənzimləyici, qlobal inflyasiyanın stabilləşməsinin Azərbaycanda inflyasiyaya təsirini azaldacağını gözləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur”