Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64073
az

Namaz ən fəzilətli ibadətdir

19:5320 Yanvar, 2022
228
CƏMİYYƏT
  • A

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun) demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq".
Uca Allah Muhəmməd peyğəmbəri (salləllahu aleyhi və səlləm) öz xalqına elçi olaraq göndərdikdə ona birinci olaraq Uca Allahdan başqa heç bir tanrının ibadətə layiq olmadığını və onun Allahın Elçis (salləllahu aleyhi və səlləm) olduğunu buyurmağı əmr etmişdir. Bu iki həqiqətə şahidlik etmək ilə insan İslamı qəbul etmiş olur. Bunu qəbul edən insan Uca Allahla özü arasında bir əhd, saziş bağlayır və öz üzərinə öhdəlik götürərək sanki "Allahım! Məni Sən yaratdın, Sən mənim Rəbbimsən, ibadət edilməyə haqqı olan və layiq olan yalnız Sənsən! Bütün kamil sifətlərə sahib olan da yalnız Sənsən! Mən yalnız Sənə ibadət edəcəyəm və Sənə heç bir şeyi şərik qoşmayacağam, Sənə ibadət etməkdə yalnız Sənin göndərdiyin elçinə - Muhəmməd peyğəmbərə itaət edəcəyəm, yalnız ona tabe olacağam!" deyir. Bu məna qısa şəkildə "ƏŞHƏDU ƏLLƏ İLƏHƏ İLLALLAH və ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏN RASULULLAH" şəhadət kəlməsində ifadə olunur. Bundan sonra həddi buluğa çatmış və ağılı başında olan hər bir müsəlmana gündə beş dəfə namaz qılmaq buyurulur. Allahın insanlara vacib buyurduğu ibadətlərin arasında namaz ən önəmli yerlərdən birini tutur. Məhz namaz vasitəsilə qul, onu yaradanın qarşısında səcdə etmək kimi ən gözəl ibadəti yerinə yetirir. Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq fürsətini qazanır. Şəhadət gətirib İslam dinini qəbul etdikdən sonra, namaz qılmaq ən əfzəl əməl sayılır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə rəvayət edir: "Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?" O buyurdu: "Vaxtlı-vaxtında qılınan namaz". Mən soruşdum: "Sonra hansıdır?" O buyurdu: "Valideynlərin qayğısına qalmaq". Mən yenə soruşdum: "Bəs sonra hansıdır?" O buyurdu: "Allah yolunda cihad etmək".
Şəhadət gətirib namaz qılmayanın misalı bir müqavilə imzalayıb onun şərtlərini yerinə yetirməyənin misalına bənzəyir. Bu, həmin şəxsin ya müqavilənin şərtlərini yaxşı dərk etməməsindən, ya da onu yerinə yetirməkdən imtina etməsindən irəli gəlir. İnsanların bu günkü halı belədir. Görürsən ki, insanların əksəriyyəti şəhadət gətirir, lakin onu layiqincə dərk etmirlər və elə bilirlər ki, bu kəlmələri sadəcə əzbərləyib demək müsəlman olmaq üçün kifayət edir. Uca Allah insanın əldə edəcəyi hər bir şey üçün müəyyən vasitələr yaratmışdır. Məsələn, ruzi əldə etmək üçün işləmək, şəfa tapmaq üçün müalicə olunmaq və s. vasitələr yaratmışdır. Uca Allah bəndələrinin Ona yaxınlaşması üçün, Onun razılığını və əbədi səadət diyarı olan Cənnətini əldə etmək üçün də müəyyən vasitələr təyin etmiş, habelə Onun qəzəbinə səbəb olacaq və nəticədə Onun əzabına, Cəhənnəmə gətirib çıxardacaq əməlləri də bəyan etmişdir. Allah öz bəndələri üçün müəyyən ibadətləri, başlıca olaraq da namaz qılmağı vacib etmişdir. Namaz qılmayan insan həqiqi mömin ola bilməz, nə qədər yaxşı işlər görsə belə. Namaz dinin dirəyidir və Qiyamət günü müsəlmandan ilk soruşulacaq əməldir. Əgər insan onun haqq-hesabını verməkdən üzü ağ çıxarsa, digər bütün əməlləri qəbul olunacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Əgər namazı qaydasında olarsa, nicat tapacaq, əks təqdirdə isə ziyana uğrayacaqdır".
Təəssüflər olsun ki, insanların əksəriyyəti dünyanın müvəqqəti bər-bəzəyinə aldanır, öz nəfsi istəklərinin ardınca gedərək həqiqi məqsədlərindən yayınırlar. Halbuki, Allah insanı yalnız ona ibadət etmək, Onun əmr və qadağalarına riayət etmək üçün, dünyanı isə axirətin tarlası olması üçün yaratmışdır. İnsan dünyadan köçdükdə onun əməlləri kəsilir və o, əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Orada olan nemətləri və əzabları gördükdə əbədi səadəti dünyanın aldadıcı zövqünə qurban verdiyinin acısını hiss etməyə başlayır və fürsəti əldən verdiyi üçün son dərəcə peşmançılıq çəkərək Allaha yalvarır: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm...". (əl-Mu'minun, 99-100).
Uca Allah başqa ayədə buyurur: "Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27-28).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz tələbələrinə həmişə nəsihət edərək belə deyirdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. Onların hər ikisinin öz oğulları (qəlbən ona bağlı olan adamları) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün əməl edirsiniz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir əməl edə bilməyəcəksiniz".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR