Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63918
az

Qorxuya və panik ataka qarşı çox güclü resept - BU VİDEONU İZLƏYİN

10:5418 Yanvar, 2022
428
TİBB
  • A

Qorxuya və panik ataka qarşı çox güclü resept
Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Həyəcən halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər.
Panika halının simptomları
• “Ürək çırpıntısı” hissi
• Tərləmə və titrəmə
• Ağız quruluğu
• İsti basma və ya titrəmə
• Boğulma hissi
• Sinə ağrısı
• Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmə
• Ölüm qorxusu və ya dəli olma qorxusu
• Uyuşma, iynələnmə hissi
• “Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək
• Panik atak zamanı baş verən fiziki simptomlar ürək və ya döş qəfəsi orqanları xəstəlikləri ilə əlaqəli olmur. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır. Bu cür reaksiya insanlar təhlükədə olduqlarında normal sayılmaqdadır. Panika halı zamanı da bədən eyni şəkildə cavab verir. Bu zaman insan çox nəfəs almağa meyilli olur (hiperventilyasiya). Əgər panika halında çox nəfəs alıb versəniz, karbon qazının miqdarı qanda artmış olacaq və qanın turşuluğu dəyişəcəkdir. Bu daha çox simptomlara və “ürək çırpıntısı”, baş gicəllənmə, uyuşma və iynələnmə şikayətlərinin pisləşməsinə səbəb ola bilər.  Bu vəziyət insanı daha da qorxudur və beləcə daha çox nəfəs ala bilər. Həddən çox tənəffüs qısa müddətdə huşun itməsi ilə nəticələnə bilir. Lakin şüurun itməsi nadir görülən bir haldır.
• Panik atak adətən 5-10 dəqiqə müddətində baş verir, bəzən dalğa şəklində 2 saata qədər də çəkə bilər.

• Hər 10 nəfərdən biri ömründə ən az bir dəfə panika halını yaşayır. Əgər təkrarlanan panika halları varsa, o zaman bu Panik pozuntu (panika xəstəliyi) adlanır. Xəstəlik zamanı panika hallarının sıxlığı dəyişə bilər. Hər 50 nəfərdən birində panik pozuntu vardır. Panik pozuntu zamanı xəstələr panika halının təkrarlanacağından, panik atak zamanı ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar.
• Panika halının səbəbləri nələrdir?
• Panika halı adətən heç bir səbəb olmadan baş verir və səbəbi tam olaraq aydın deyil. Beyindəki bəzi kimyəvi maddələrin (neyrotransmitterlər) balansının pozulması burada rol oynaya bilir. Stresli həyat tərzi də yenə panik halının yaranmasına səbəb kimi göstərilə bilər.  Təbii ki, müalicə üçün dərmanlar istifadə olunur. Lakin tanınmış professor İbrahim Saracoğlu bu xəstəliyin xalq təbabəti ilə müalicəsinin olduğunu deyir. O, qətiyətlə bildirir ki, indi edəcəyimiz reseptlə bir çox insan bu xəstəliklərdən xilas olublar. O insanlarki, qorxudan evdən çölə çıxa bilməyənlər, öz sənətlərin atanlar və heç səbəbi bilinməyən qorxu və sairləridir.
• Resept üçün lazim olanlar 
• Cəfəri, ispanaq və vəzəri
• 
• Hazırlanma qaydası
• 250 qr qaynar suya yarım dəstə cəfəri, yarım dəstə ispanaq əlavə olunaraq 5 dəqiqə dəmlənilir. İlıq olduqdan sonra səhər yeməyindən yarım saat qabaq içilir. Axşam isə yarım dəstə ispanaq, yarım dəstə vəzəri 250 qr qaynar suda 5 dəqiqə dəmlənərək içilir. Onuda deyim ki, dəstələr çox kiçik olmalıdır. Dəyərli izləyicilər tanınmış professorun bu reseptindən istifadə edərək siz öz qorxularnızdan xilas ola bilərsiniz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ