Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63847
az

Rusiya “Baltimor” aviabazasına bombardmançıları yerləşdirib

23:5916 Yanvar, 2022
375
  • A

 

Digər məlumata görə Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru "İsgəndər-M" operativ-taktiki raket kopleksləri daşınır. "Conflict Intelligence Team" (CIT) layihəsi şahidlərdən biri tərəfindən çəkilən və  bir neçə gün əvvəl Uzaq Şərqdə dəmir yol eşalonlarına yüklənən "İsgəndər-M" komplekslərinin görüntülərinin əks olunduğu videokadrları yayıb.

 

Komplekslərin üstü brezentlə örtülsə də ekspertlər söhbətin "İsgəndər-M" komplekslərindən getdiyini ayrıd etməkdə çətinlik çəkməyiblər. Bundan əvvəl də Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru müxtəlif hərbi texnika yüklənmiş onlarla eşalonun hərəkəti qeydə alınmışdı, lakin həmin texnikanın üstü brezentlə örtülməmişdi.

Bildirilir ki, "İsgəndər" kompleksləri yanvarın 13-də Sverdlovsk vilayətində çəkilmiş videoya da düşüb. Həmin videoda komplekslər üçün 7 metr uzunluğunda raketləri daşıyan "KamAZ" avtomobilləri də görünür. Ehtimal edilir ki, Ukrayna sərhədlərinə tərəf Uzaq Şərqdə dislokasiya olunmuş 103-cü və ya 107-ci raket briqadasının "İsgəndər" kompleksləri göndərilib.

Xatırladaq ki, ABŞ administrasiyası Rusiyanın Ukranyaya hücumunun yanvarın sonlarında, fevralın əvvəllərində başlaya biləcəyi haqda xəbərdarlıq edib. Vaşinqtondan açıqlanan məlumatlara görə Rusiya bəhanə kimi Ukrayna ordusunun Donetskə "qəfil hücumunu" istifadə edəcək. Belə hücum görüntüsü yaratmaq üçün isə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi Ukrayna ordusunun formasında Donetskdə partlayışlar və atışma törədəcək, o cümlədən dinc sakinlərin öldürülməsi istisna deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi