“14-15 yanvar tarixlərində paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Bunu nəzərə alaraq sürücülərə xüsusən enişli-yoxuşlu yollarda diqqətli olmaları tövsiyə edilir”.
Oxu24.com xəbər verir ki, bu barədə Bakıq Nəqliyyat Agentliyinin sürücülərə müraciətində deyilir.
“Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur.
Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər”, - məlumatda qeyd olunur.
Oxu24.com
ŞƏRHLƏR