Sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın baş və bədən nahiyələrinə, küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alması barəsində Daşkəsən rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Femida.az xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, F.Bağırovun əməlləri ilə bağlı onun ailə üzvlərə Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq kömək istəmişdilər. F.Bağırovun qızı atasının onlara işkəncə verdiyini, nənə-babasını vəhşicəsinə döydüyünü və meşəyə qaçaraq gizləndiyini bildirmişdi. Belə ki, F.Bağırov ailə üzvlərini ondan polisə şikayət etdikləri üçün öldürəcəyi ilə bağlı hədə-qorxu mesajı da göndərmişdi.
Oxu24.com
ŞƏRHLƏR