Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63535
az

Banklar vətəndaşlara niyə yalan SMS-lər göndərir? - AÇIQLAMA

21:0506 Yanvar, 2022
241
CƏMİYYƏT
  • A
Bu gün banklar tərəfindən vətəndaşlara göndərilən yalan SMS-lər ciddi narazılığa səbəb olan məsələlərdən biridir. Banklar vətəndaşlara böyük məbləğdə, 20 min, 30 min məbləğində kredit təklifini əks etdirən SMS-lər göndərir lakin vətəndaş müraciət edərkən bəlli olur ki, vətəndaşın bu krediti götürmək imkanı yoxdur. Əgər elədirsə, banklar niyə vətəndaşları narahat edib narazı salır? Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, istehlakçılara yanlış məlumatın verilməsi qanunla qadağandır. "Bu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər. Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur", - deyə deputat bildirib. O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...