Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63534
az

Fransa "Google" və "Facebook"u 230 milyon avro cərimələyib

20:5806 Yanvar, 2022
209
DÜNYA
  • A
Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası istifadəçilər barədə məlumatların toplanması qaydalarının pozulmasına görə "Google" şirkətini 150 milyon, "Facebook" sosial şəbəkəsini isə 60 milyon avro məbləğində cərimələyib. Oxu24.com Trend-ə istinadən bildirir ki, qərar istifadəçilər barədə məlumatları toplayan və hədəf reklamların yayımlanması məqsədi ilə serverlərdə saxlayan "cookie"lərdən istifadə ilə əlaqədar qəbul edilib. Qərarda qeyd olunur ki, "facebook.com", "google.fr" və "youtube.com" saytları istifadəçilərə "cookie"lərdən asanlıqla imtina etməyə imkan yaratmır. "Google"a tətbiq olunan 150 milyon avro məbləğində cərimə Fransada rekord hesab olunur. Bundan əvvəl İnformatika və Azadlıqlar üzrə Milli Komissiya 2020-ci ilin dekabrında eyni qayda pozuntusu ilə "Google" şirkətini 100 milyon avro cərimələmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Krımda mühüm kommunikasiya mərkəzini VURDU
Ermənistan NATO-nun sammitində iştirak edəcək
Gürcüstanın Aİ-yə üzvlük prosesi de-fakto dayandırıldı

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...