Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6353
az

"Orxan Vəlizadə protezi bəyənmir..." - Müdafiə Nazirliyindən CAVAB

10:3023 Oktyabr, 2018
686
  • A
 “Əsgər Orxan Vəlizadənin müalicəsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən bütün zəruri tədbirlər görülüb”

Bu barədə Azvision.az-a açıqlamasında Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov məlumat verib.

Tibb xidməti polkovniki xatırladıb ki, “N” saylı hərbi hissənin əsgəri Orxan Vəlizadə 2018-ci il aprel ayının 3-də xidməti vəzifələrini yerinə yetirərkən mərmi partlaması nəticəsində travma alıb.

"İlkin tibbi yardım göstərildikdən sonra ağır vəziyyətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilən əsgərin müalicəsi cari ilin sentyabr ayının 20-dək davam edib. Hərbi hospitalda müalicə olunduğu müddətdə Orxan Vəlizadə Respublikanın və Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri konsultasiya ediblər. Müalicəsi başa çatdıqdan sonra partlayış nəticəsində əsgərin itirilmiş bədən üzvlərinin protezləşdirilməsi məqsədi ilə o, hərbi həkim komissiyasına təqdim edilib, əlilliyinin rəsmiləşdirilməsi üçün bütün tədbirlər görülüb, sənədləri hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) göndərilib. Əsgər və onun valideynləri protezin qoyulması ilə əlaqədar ƏƏSMN-nə dəvət olunan zaman həmin qurumun təklif etdiyi protez nümunələri ilə razılaşmayıblar".

M.Həsənov qeyd edib ki, belə olan təqdirdə 2018-ci il sentyabr ayında Orxan Vəlizadə əmisi Aqil Vəliyevlə birlikdə Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasına göndəriliblər.

"Orada Orxan Vəlizadəyə türk qazilərinin protezləşdirilməsində istifadə olunun avadanlıqlar təklif edilib. Lakin 23 gün Türkiyədə qaldıqdan sonra Orxan Vəlizadə həmin protezi də bəyənmədiyinə görə geriyə Azərbaycana qayıdıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında protezləşdirilməsini təkid edib. Aqil Vəlizadəyə tibbi-sosial ekspertiza, əlillərin reabilitasiyasının təşkili, əlillərin protez-ortopedik vasitələrlə təmin olunması məsələlərinin Müdafiə Nazirliyinin deyil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğu dəfələrlə izah edilib. Orxan Vəlizadə hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim nəzarəti altındadır və reabilitasiya müalicəsi alır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2000-ə yaxın şəxs cərimələnib - Qadağan olunmuş yerlərdə siqaret çəkən və...
Qəssablar arasında qiymət üstündə BIÇAQLANMA - İki nəfərin vəziyyəti ağırdır - FOTO
Bütün Fransa azərbaycanlı Qadir Babayevin müdafiəsinə qalxdı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ