Oxu24.com xəbər verir ki, PR mütəxəssisi Ülviyyə Quliyeva bildirib ki, Aynurə adlı bu xanım yaşadığı rayonda baş verən dəhşətli yanğında sağ qalıb: "Onun üzündə ard-arda 5 dəfə əməliyyat olunub. Xanım hal-hazırda elə həmin rayonda vizajist işləyir, başqa xanımlara gözəllik bəxş edir. Rəfiqəsi vizajist Ramilə xanım da onun arzusunu yerinə yetirib ona makiyaj edib. Hər nə olursa olsun başqalarının həyatına işıq tutun. Öz həyatınız aydınlaşsın deyə..."
ŞƏRHLƏR