Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6333
az

Qaşıqçının ölümündən əvvəlki görüntüləri ORTAYA ÇIXDI - ANBAAN -

14:2122 Oktyabr, 2018
1086
DÜNYA
  • A
 Camal Qaşıqçının öldürülməzdən əvvəl son görüntüləri yayılıb. Saatbasaat çəkilən görüntülər Qaşıqçının Səudiyyə Ərəbistanının sifarişi ilə öldürülməsinə daha bir sübutdur.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Camal Qaşıqçının nişanlısı Xədicə Çingizlə İstanbulda getdiyi son ünvanlar və dəqiq saatlar yayımlanıb.

Camal Qaşıqçının 28 sentyabr - 1 oktyabr tarixləri arasında nələr etdiyi və 2 oktyabr səhəri harada kimlərlə görüşdüyünə dair görüntülər ilk dəfə olaraq yayımlanıb.

Qaşıqçı Londondan İstanbula 28 sentyabrda yerli vaxtla 04.07-də gəlib. Gələrkən əysubay olduğuna dair sənədləri rəsmiləşdirmək üçün Fatih Nikah İdarəsinə gedib. Onlar mehribanca əl-ələ tutaraq içəri daxil olublar. Zəruri işləri bitirdikdən sonra Qaşıqçı nişanlısı ilə saat 09.28-də evlənmə idarəsindən çıxıb, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib. Saat 09.32-də o, taksiyə minib, taksidə telefonunu nişanlısına verəndən bir neçə dəqiqə sonra Baş Konsulluğa daxil olub. Qaşıqçı 1-1.5 saat sonra xoşbəxt halda Konsulluqdan çölə çıxıb. Boşanmaya dair sənədlər hazır olanda ona xəbər ediləcəyi bildirilib. Londonda keçiriləcək konfrans üçün həmin axşam təyyarəyə minən Qaşıqçı öldürüldüyü gün – 2 oktyabrda səhərə yaxın İstanbula geri dönüb. O, səhər saat 04.06.55-də pasport nəzarətindən keçib. Atatürk Hava Limanında bunlar yaşanıb:


04.08.39-da çamadanı əlində gömrüyün çıxış qapısına doğru irəliləyib.

04.09.04-da gömrüyün çıxış qapısından keçib.


04.11.57-də sarı taksiyə minərək evinə doğru gedib.

04.56-da isə nişanlısı Xədicə Çingiz əlində bağlamalarla Qaşıqçının Topqapı ətrafındakı evinə gəlib, oradan da Baş Konsulluğa doğru yola düşüblər.

Qatillər isə İstanbula tam 23 dəqiqə sonra gəliblər.

Sabah nəşrinin yazdığına görə, Camal Qaşıqçı cinayətinin daha kritik görüntüləri yayılıb. Qaşıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından göndərilən Mahər Abdulaziz Mutreb başda olmaqla bir dəstə qatil İstanbul Atatürk Hava Limanı VIP salonundan giriş ediblər. Görüntülərə əsasən qətl günündə Qaşıqçı ilə qatilləri eyni dəqiqələrdə Atatürk Hava Limanında olublar. Qaşıqçı 2 oktyabr tarixində Atatürk Hava Limanından saat 04.07-də, Mutreb və dəstəsi isə 04.29-da çıxış edib.

Maraqlı məqam sonra başlayır. Belə ki, Qaşıqçının qatilləri 2 oktyabr tarixində saat 09.55-də Səudiyyə Ərəbistanın Konsulluğuna daxil olublar. Həmin saatlarda isə Qaşıqçının nişanlısı ilə səhər yeməyi yediyi bildirilib. Saat 13.00-da Konsulluqdan Qaşıqçıya zəng gəlib, “sənədləriniz hazırdır, gəlib götürə bilərsiniz” deyilərək o, Konsulluğa çağrılıb.

Bu zəngdən sonra Konsulluğa yollanan Qaşıçı hər iki telefonunu nişanlısının yanında qoyub və saat 13.14-də binaya daxil olub. Baş Konsulluğa daxil olandan sonra onunla bağlı məlumat almaq mümkün olmayıb.

Qaşıqçının cəsədi harda və ya kimdədir?

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Səid İbni Cübeyr Camal Qaşıqçının necə öldürüldüyünü və cəsədinin harada olduğunu bilmədiklərini açıqlayıb. Onun ölümünün dəhşətli bir səhv olduğu və vəliəhd şahzadə Salmanın hadisədən bixəbər olduğu bildirlib:

“Araşdırma nəticəsində Qaşıqçının Konsulluqda öldürüldüyü ortaya çıxdı, lakin onun cəsədinin harada olduğuna dair bir məlumatımız yoxdur”.

Bütün bunların fonunda Ərəb ölkələri Səudiyyə Ərəbistanı rəhbərliyinə inamlarının tam olduğunu açıqlayıb. Qərbdən isə Ərəb dünyasına kəskin reaksiyalar davam etməkdədir. Almaniya Kansleri Angela Merkel məsələ ilə bağlı açıqlamalarının birində Səudiyyə Ərəbistanına silah satışını dayandıracaqlarını bildirərək, hadisəyə beynəlxalq reaksiya göstərilməsi üçün danışıqları davam etdirmək lazım olduğunu bəyan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ