Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63242
az

Suyu qaynadıb içməyin ZƏRƏRLƏRİ

22:2530 Dekabr, 2021
299
  • A

Bəzən su çirkli olduğuna görə, onu qaynadıb içirik. Su qaynayan zaman tərkibindəki kalsium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək, su mineralsızlaşır.

OXU24.COM aztibb.az-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb. Su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır. Xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır. Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə, çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.

Bundan əlavə, suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hazırda sutəmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləmək olar. Və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə mümkündür.

"Bəzən suyu daşdan süzüb istifadə edirlər, daş suyu mexaniki təmizləmək üçün çox yaxşıdır, daşdan süzülmüş su şəffaf olur", - deyə həkim tövsiyələrini verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...