Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Bu barədə Oxu24.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilir.
TƏSDİQLƏNDİ: əmək pensiyaları minimum bu qədər olacaq
Oxu24.com
ŞƏRHLƏR