Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62907
az

Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ- Yanvarın 1-dən etibarən...

07:4622 Dekabr, 2021
934
REDAKTORUN SEÇİMİ
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Xidmətdən Oxu24.com-a verilən xəbərə görə, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.

Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.​ ​​

Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində​ işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər