Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62867
az

Səhər limonlu isti su içməyin faydaları

19:3521 Dekabr, 2021
306
CƏMİYYƏT
  • A

Limon immun sistemimizə dəstək olan, dərinin sağlamlığını qoruyan və dəriyə işıltı verən C vitaminin mükəmməl qaynağıdır.

Oxu24.com bildirir ki, limon, bağırsaq sağlamlığı üçün çox vacibdir. Eyni zamanda tərkibində çox güclü bir antibakterial olan pektin lifi var. Bunun sayəsində həzm sistemimizin düzgün çalışmasını təmin edir. Limonun tərkibindəki pektin iştaha nəzarət edərək arıqlamağa kömək edir. O, orqanizmin pH balansını tənzimləyir.
Mxəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib.

Həkim bildirib ki, səhər içilən limonlu su, bədəndən toksinlərin (zərərli maddələrin ) çıxarılmasını təmin edir.

"Limonlu su, potasiumla zəngindir, buna görə qan təzyiqini də tənzimlənir, xolesterolun tənzimlənməsinə kömək olur. Limonun tərkibindəki C vitamini stressə qarşı effektiv "silah"dır. O, həmçinin immun sistemimizi gücləndirir. İnfeksiyaya səbəb olan patogenik bakteriyalardan qoruyur, soyuqdəymənin müalicəsində istifadə olunur, - deyə nefroloq qeyd edib.

O, əlavə edib ki, limon xüsusilə yay aylarında tərləyərək itirdiyimiz minerallarla orqanizmi yenidən təmin edir. Limonlu su enerji verir və depressiya ilə mübarizədə kömək olur. Hətta limonun iyi, sinir sistemini sakitləşdirmək gücünə malikdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stresdən əziyyət çəkirsiniz? - Bu çayı yoxlayın
Əməkdar artist yubileyindən bir gün əvvəl VƏFAT ETDİ -FOTO
Bu müəllimlər işdən çıxarılacaq? -Rəsmi AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər