Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62795
az

Bu hissəniz ağrıyırsa,deməli bu xəstəliklər var - MÜTLƏQ OXUYUN!

21:5619 Dekabr, 2021
462
TİBB
  • A

Dalaq orqanizmdə ən sirli orqanlardan biri sayılır. Dalağın orqanizmdə rolu müasir tibdə sona kimi araşdırılmayıb.

Dalağın orqanizmdə bir neçə müxtəlif funksiyası var: qanı viruslar, bakteriyalar, infeksiyalardan, mutasiyaya uğramış hüceyrələrdən təmizləyir; köhnə, xəstə, "keyfiyyətsiz" qan hüceyrələri (eritrositləri, leykositləri, trombositləri) tutur və onları məhv edir.


Bəzən dalaq böyüyə bilər. Böyümüş dalaq adətən özünü heç bir əlamətlə büruzə vermir və əksər hallarda bu pozulma təsadüfən USM zamanı təyin olunur. Bəzən dalağın böyüməsi sol böyürdə ağrılar və hətta az miqdarda qida qəbulundan sonra mədənin dolması hissi ilə özünü büruzə verir.

Dalağın böyüməsi "splenomeqaliya" adlandırılır. Splenomeqaliya yaxşı əlamət sayılmır. Dalağın böyüməsi müxtəlif xəstəliklər zamanı müşahidə olunur. Dalağın böyüməsinin səbəbləri infeksion, autoimmun xəstəliklər, qan və qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər ola bilər.

Splenomeqaliyanın səbəbləri:

- Amiloidoz. Bu xəstəlik zamanı orqanizmin müxtəlif toxumalarında, o cümlədən dalaqda amiloid zülalı toplanır ki, bu da müxtəlif orqanların fəaliyyətini pozur.

- Brusellyoz. İnsana xəstə heyvandan ətlə və ya südlə keçən infeksiya.

- Qara ciyər sirrozunun gecikmiş mərhələlərində splenomeqaliya inkişaf edir.

- İnfeksion endokardit - ürəyin daxili qişalarının iltihabı.

- Hepatit (qara ciyərin iltihabı).

- Histoplazmoz - nadir göbələk infeksiya.

- Leykemiya - qan xərçəngi.

- Limfoma - limfatik sistemi xərçəng xəstəliyi.

- İnfeksion mononukleoz - kəskin virus xəstəliyi.

- Mədəaltı vəzi xərçəngi.

- Sarkoidoz. /Saglamolun.Az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ