Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62773
az

SON DƏQİQƏ! Hava ilə bağlı bağlı xəbərdarlıq: Qar yağacaq

18:1619 Dekabr, 2021
1155
  • A

Dekabrın 20-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər arabir duman olacaq.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 20-21-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən cənub-qərb küləyinin 21-də şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° istiolacaq.

Azərbaycan əhalisinə BÖYÜK MÜJDƏ: 15 YANVARDAN BAŞLAYARAQ... - RƏSMƏN ELAN EDİLDİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb
Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib