Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62709
az

Baxıcıdan şübhələnib evə kamera qoydurdu - Gördüklərindən DƏHŞƏTƏ GƏLDİ (VİDEO)

11:0717 Dekabr, 2021
1144
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib.

Oxu24.com  xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb.

Müşahidə kameralarına düşən bu kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayeva ilə bir yaşamadığından ona kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. Ta ki, qadının bədənindən xəsarət izləri aşkar edilən günə qədər. Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.


Xəstəlik səbəbindən qadın danışa bilmədiyi üçün onun özünə xəsarət yetirməsi Zemfira Musayevanın qızında şübhə yaradıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Zemfira Musayevanın qızı kamera qoyudluqdan sonra baxıcı Sona Axundovanın anasına necə qulluq etməsinin şahidi olub.

Hadisə ilə bağlı Zemfira Musayevaya baxan Sona Axundova səs yazısının efirə yayımlanmasını istəmədi. Amma hadisə ilə bağlı XəzərTv-yə ətraflı məlumat veib. Sona Axundova hadisənin səhər saat 7-də baş verdiyini və yuxulu olarkən törətdiyini etiraf edib. O, bu hadisəni törədərkən fikrinin öz evində xəstə olan uşağında qaldığını, bir qədər də əsəbi olması səbəbindən anidən baş verdiyini deyib. Sona Axundova yaşlı qadına doğma anası kimi baxdığını və bu hadisəyə görə peşman olduğunu da bildirib.

Zemfira Musayevanın qızı hadisə ilə bağlı ''102-i xidməti'' nə məlumat verib. Polis hər iki tərəfin izahatını alıb. Hazırda iş Pirallahı Rayon Prokurorluğunda araşdırılır. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhidin arvadı və uşaqları oğurlanıblar? - Rəsmi AÇIQLAMA
Sabahın havası necə olacaq?
Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı