Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62658
az

Baş Prokurorluq məlumat yaydı - Bu şəxslər rüşvətə görə həbs edildi

19:2615 Dekabr, 2021
486
REDAKTORUN SEÇİMİ
  • A
Kütləvi informasiya vasitələrindən Baş Prokurorluğa daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində işləyən Balaş Təhməzov və Şirvan şəhər sakini Adil Zərbiyevin qanunsuz hərəkətləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 dekabr 2021-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır. Oxu24.com Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Şirvan şəhər sakini Adil Zərbiyevin bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirməsinə və sonuncuları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb. Həmçinin o, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onlara müraciət etmiş şəxslərə guya yüksək vəzifədə olan tanışlarının köməkliyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini və dayandırılmış əlillik dərəcələrini bərpa edilməsinə köməklik göstərəcəklərini vəd edərək ayrı-ayrı vətəndaşlardan ümumilikdə 6 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilərək iş üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması təmin ediləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər