Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62538
az

Prokurorluq dəhşətli hadisə iə bağlı açıqlama yaydı: Yanmış meyiti tapılan şəxs görün kimdir 

12:4513 Dekabr, 2021
657
CƏMİYYƏT
  • A

Prokurorluq Gəncədə oğulun atasını qətlə yetirməsi faktı ilə bağlı məlumat yayıb.

Gəncə şəhər Prokurorluğundan  Oxu24.com-a verilən məlumata görə, bu il dekabrın 10-da Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək
Pezeşkianın bu sözləri gündəm oldu: “Evdə həmişə türkcə danışırdım və...”

Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi -YENİLƏNDİ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat