Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62461
az

Qarabağdakı erməni postları yığışdırılır: Bayraqlar endirilir - Xankəndinə doğru...

19:4110 Dekabr, 2021
1445
ÖZƏL BÖLÜM
  • A

Dünəndən etibarən Qarabağda Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə özlərinə post qurmuş erməni qanunsuz silahlı dəstələri mövqelərini tərk edərək, Xankəndinə doğru çəkiliblər. 

Oxu24.com  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatda deyilir ki, bir neçə gün bundan əvvəl Azərbaycan tərəfinin tələbi ilə bütün “təmas xəttin”dəki Ermənistan bayraqları və Qarabağın əski parçalarının yığışdırılması həyata keçirilib. “Soçidə əldə olunmuş razılaşmaya əsasən bayraqlar yığışdırılıb. Əks təqdirdə, Azərbaycan tərəfi bayraq asılmış bütün mövqeləri vuracağı ilə hədələyib”.

Dünəndən isə “bayraq” larla bərabər erməni silahlı dəstələrinin yerləşdikləri postların da yığışdırılmasına start verilib. Xankəndidə fəaliyyət göstərən “Arcakh24” saytının əməkdaşları bununla bağlı Şuşa yaxınlığındakı postlarda olublar və təsdiqləyiblər ki, həmin mövqelərdəki erməni silahlıları oradan çıxarılır.

Erməni mediası bunun hansı səbəbdən baş verdiyini və belə bir razılaşmanın nə zaman əldə edildiyini dəqiqləşdirə bilməyib. Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edib. Qarabağdakı qanunsuz silahlı dəstələrin nümayəndələri də bu barədə danışmaq istəmədiklərini bildiriblər. Azərbaycan tərəfi isə ənənəvi olaraq “qara qutu” kimi davranmaqda davam edir. / jamaz.info

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub