Bu gün metronun "28 may" stansiyasında qəfil ürəktutmadan ölüm hadisəsi baş verib. Bu hadisə paytaxt sakinləri tərəfındən yenə eyni sualı ortaya qoydu: Metroda tibb məntəqəsi varmı, olmalıdırmı və ya ümumiyyətlə hazırda ilkin tibbi müdaxilə hansı səviyyədə göstərilir?
OXU24.COM xezerxeber.az-a istinadən bildirir ki, mövzuya münasibət bildirən Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov indiyə qədər tibbi xidmətlə bağlı heç bir neqativ halın yaşanmadığını deyib.
O ki qaldı metroda tibb məntəqələrinin yaradılmasına, Bəxtiyar Məmmədov deyib ki, bunun üçün zərurət olmalıdır.
Bəxtiyar Məmmədov onu da bildirib ki, metropolitenin bütün işçiləri davamlı olaraq ilkin tibbi yardımla bağlı təlimlərə cəlb olunurlar və onların hazırlıq səviyyəsi mütəmadi şəkildə yoxlanır.
Oxu24.com
ŞƏRHLƏR