Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62290
az

Duanın qəbul olan vaxtları və məqamları hansılardır? - GÜNLƏRƏ DİQQƏT!

11:5908 Dekabr, 2021
1582
MARAQLI
  • A

Sual: 
Salam aleykum. Dua hansi vaxtlarda ve hansi yerlerde qebul olunar?
Cavab: 
Aleykum salam. Duanın qəbul olma vaxtı və yeri haqqında bunları qeyd edə bilərik:

Səcdə vəziyyətində və namazın sonunda (salamlardan qabaq). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482).
Azan və iqamə arasında. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Azan ilə iqamə arası edilən dua rədd olunmaz". (ət-Tirmizi, 212).
Gecənin son üçdə birində. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gecənin üçdə biri və ya yarısı keçdikdə Uca Allah dünya səmasına enir və belə deyir: "İstəyən varmı ona verim. Bağışlan­ma diləyən varmı onu bağışla­yım. Tövbə edən varmı onun tövbəsini qəbul edim. Dua edən varmı onun duasını qəbul edim". (İmam Əhməd, 9589). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümüdvericidir". (ət-Tirmizi, 3499). Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: //zikr.az/#prayer-times
Cümə günü edilən dua. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istə­yər­sə, şübhəsiz, Allah ona istədiyini verər". Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi". (Səhih Muslim, 852​).
Yağış yağarkən. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Dəvud, 2540).
Valideynin övladına etdiyi dua
Oruclu olarkən edilən dua
Müsafirin (səfərdə olanın) duası. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası". (əl-Beyhaqi, 6619).
Məzlumun (zülmə məruz qalanın) duası. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası". (ət-Tirmizi, 1905).
Ramazan ayında Qədr gecəsi edilən dua. Uca Allah buyurur: "Qədr gecəsi min aydan xeyirlidir". (əl-Qadr, 3).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var