Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62206
az

“Bayraktar” Qarabağda daha nələri vurub? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

23:3206 Dekabr, 2021
1889
ÖZƏL BÖLÜM
  • A

“Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ötən il Qarabağda 44 günlük müharibə zamanı rəsmən Ermənistan ordusunun silahlanmasında yer almayan və bu ölkəyə satılmayan ən müasir Rusiya radioelektron mübarizə komplekslərini də məhv edib.

Oxu24.com xəbər verir ki, bu barədə məlumat hələ sentyabr ayında, 44 günlük müharibənin başlamasının ildönümündə  “oryxspioenkop.com” adlı saytda yer alıb. Türkiyə və Rusiya qaynaqları isə ona indi diqqət yetiriblər.

Həmin saytda bildirilir ki, Qarabağdakı müharibədən sonra bir sıra müşahidəçilər “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qeyri-adi effektivliyini erməni silahlı qüvvələrinin sərəncamında onları vurmaq üçün yetərli sistemlərin olmaması ilə izah etməyə çalışırdılar. Lakin Suriya, Liviya və daha sonra Qarabağdakı müharibə hətta S-300PS, “Buk-M2”, “Tor-M2”, “Pantsir-S1” kimi qabaqcıl hava hücumundan müdafiə komplekslərinin hətta “Avtobaza-M”, “Repellent-1”, “Borisoqlebsk-2”, “Qroza-S” , “Piramida-1” kimi müasir radioelektron mübarizə sistemləri ilə birgə istifadə edilməsi zamanı da “Bayraktar”lar qarşısında aciz qaldığını göstərib. 

 

Nəticədə “Bayraktar”ların hətta ən qabaqcıl ölkələrin Hava Hücumundan Müdafiə qüvvələrini zərərsizləşdirmək üçün işlənib hazırlanan həmin sistemləri məhv etməsi təkcə PUA-ların operatorlarını deyil, bu sistemləri istehsal edən Rusiya şirkətlərini də şoka salmalıdır. Fakt budur ki, nisbətən yüngül və baha olmayan PUA belə sistemlərdən nəinki yayına bilir, üstəlik onları axtarıb tapır və məhv edir. Bu da yeni nəsil müharibə deməkdir.

 

 

Qeyd edək ki, “Bayraktar”ların Qarabağda Ermənistan ordusuna məxsus “Repellent-1” (həmin qurğuların döyüş əməliyyatları ərəfəsində Qarabağa gətirildiyi bildirilirdi) radioelektron mübarizə komplekslərini məhv etdiyi bəlli idi. Lakin “Avtobaza-M”, “Qroza-6”, (bu kompleksi Belarus istehsal edir)  “Borisoqlebsk-2” və “Piramida-1” radioelektron mübarizə sistemlərini də zərərsizləşdirdiyi haqda ilk dəfə danışılır. Hansı ki,  “Avtobaza-M” istisna olmaqla həmin sistemlərin Ermənistana rəsmən satışı barədə heç nə məlum deyildi.

virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi" - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
SON DƏQİQƏ! Azərbaycanda yeni qərarlar qəbul edildi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM