Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62088
az

SOCAR-ın itkin düşmüş əməkdaşının ailəsi nələr danışdı? - VİDEO

21:0804 Dekabr, 2021
452
  • A

SOCAR-ın əməkdaşı xəzər dənizində itkin düşüb. Neft daşlarında çalışan Mürsəl Namazovun hansı şəraitdə itkin düşdüyü hələ ki, məlum deyil. Əməkdaşımız Ömər Xıdırov itkin düşən Mürsəl Namazovun ailəsində olub və hadisə ilə bağlı son məlumatları öyrənib.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin əməkdaşı Neft Daşlarında itkin düşdü. Onun axtarışlarına gəmilər və dalğıclarla yanaşı, helikopterlər də cəlb olunub.

Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 49 yaşlı Namazov Mürsəl Həsənəli oğlu dekabrın 1- də itkin düşüb. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sözlərinə görə, Mürsəl Namazov həmin gün gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra isə onu görən olmayıb.

Mürsəl Namazovun oğlu Elgün Namazov ''Xəzər Xəbər''ə bildirib ki, atası 22 il idir ki, bu sahədə çalışırdı. Axırıncı dəfə onunla danışanda hər şeyin yaxşı olduğunu bildirib.

Digər oğlu Həsənəli Namazov isə bildirdi ki, atasının sağlamlığı ilə bağlı heç bir problemi olmayıb.Ailə tezliklə Mürsəl Namazovun tapılmasını istəyir.

Qeyd edək ki, hazırda dənizdə Mürsəl Namazovun axtarışları davam etdirilir. Onun hansı şəraitdə itkin düşdüyü araşdırılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub