Qızlar toy gecəsindən niyə qorxurlar?
Qızların toy gecəsi cinsi əlaqədən qorxusunun əsas səbəbi əslində bir xəstəlikdir. Bu xəstəliyin adı vaginizmdir. Bu səbəbdən yeni evlənənlər arasında aylarla hətta illərlə cinsi əlaqə olmaya bilər.
Daha çox psixoloji olan bu hal isə, ətrafın basqısı ilə bir az da ağırlaşa bilər. Praktik psixoloq Gülər Məmmədova youtubedə yayımlanan “Çərçivə” verilişində bildirib ki, gəlinin bakirə olub olmaması ilə maraqlanan ailələr, yengə faktoru onsuz da cinsi əlaqədən qorxan qızda böyük travmalar yaradır. Çinsi əlaqə baş tutmadıqda isə gəlini bakirə olmamaqda günahlandıran bəylər də az deyil.
Mövzu ilə bağlı video materialı təqdim edirik:
ŞƏRHLƏR