Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61424
az

“Görülən bu işlər əlillliyi olan vətəndaşların sosial rifahının gücləndirilməsinə xidmət edir”

22:1519 Noyabr, 2021
288
  • A

“Ölkə prezidenti İlham Əliyev tərəfindən hər zaman əlillik sahəsində islahatlar aparılıb. Son illər ərzində bu istiqamətdə daha genişmiqyaslı islahatlar aparılır və aparılmaqdadır. Əlbəttə ki, burada əsas məqsəd ölkədə şəffaflığın artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, idarənin təkmilləşdirilməsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, eyni zamanda ölkədə yeni innovativ tədbirlər həyata keçirməklə, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi ölkəmizin inkişafına və tərəqqisinə xidmət edir:

“Bu islahatlar əlbəttə ki, özünü sosial sahədə də əks etdirir. Qeyd edim ki, sosial sahədə həyata keçirilən islahatlar daha genişmiqyaslı xarakter daşıyır. Burada əlbəttə ki, əlilliyin qiymətləndirilməsi də əhatə olunur ki, bu da əlilliyinin təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqq çatan şəxslərə təyin edilməsinə xidmət edir. Bununla da, nəticə etibarilə həm əlilliyi olan vətəndaşlarımızın hüquqlarının daha dolğun qorunması, həm də onlara verilən müavinətlərin, təqaüdlərin, pensiyaların ilbəil daha da artırılmasına gətirib çıxarır. Bütün görülən bu işlər əlillliyi olan vətəndaşlarımızın sosial rifah halının gücləndirilməsinə xidmət edir”.

Parlament üzvü qeyd edib ki, burada ən vacib məqamlardan biri də əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən həyata keçirilməsidir:

“Beləliklə, səhiyyə müəssisələri tərəfindən elektron sistemə daxil olunan göndərilmiş məlumatların vətəndaş-məmur təması olmadan icrası həyata keçirilir. Bu da göndərişlərin kimə və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul olunur. 2021-ci ilin ötən dövrü ərzində artıq 50 minə qədər şəxsə əlillik təyinatı həyata keçirilmişdir ki, bu da ötən dövrə nisbətən təqribən iki dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir. Bu da öz növbəsində vətəndaşlarımızın tamamilə rahatlığını təmin edir. Ümumillikdə, bütün görülən bu işlər həqiqi əlillik almış şəxslərin hüquqlarının tam dolğun şəkildə qorunması, vətəndaş məmnunluğunun olması, eyni zamanda əlilliyi olan şəxslərin sosial rifah halının ilbəil artırılmasına xidmət edir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi