Bildiyiniz kimi, ötən gün erməni silahlıları sərhəddəki mövqelərimizə hücum ediblər. Qəhrəman ordumuzun gördüyü tədbirlər nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.
Oxu24.com xəbər verir ki, Ermənistan bir hərbçisinin öldüyünü açıqlasa da, əslində vəziyyət başqadır. Belə ki, yeni faktlar üzə çıxmaqdadır. Bu gün ermənilər sosial şəbəkələrdə əsgər qəbiristanlığında yeni qəbirlərin qazılması ilə bağlı foto paylaşıblar. Təxminən 10-a yaxın boş qəbirin fotosuna baxanda aydın olur ki, düşmən itkilərini gizlədir.
Döyüşlər zamanı ordumuzun bir erməni polkovnikini də məhv etdiyi bildirilir.
Təəssüf ki, düşmənin hücumunun qarşısını alarkən 7 qəhrəman hərbçimiz şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin.
Dəyərli izləyicilər, zaman-zaman ermənilər sosial şəbəkələrdə Azərbaycan ordusu ilə bağlı yalan məlumatlar yayırlar. Rüsvayçı məğlubiyyətlə üzləşən düşmən guya Azərbaycan tərəfdən başqa ölkələrin xüsusi təyinatlılarının döyüşməsi haqda yalan məlumatlar yayır. Biz də bu məlumatların qarşısını almaq üçün qərara gəldi ki, müxtəlif vaxtlarda düşmənə sarsıdıcı zərbələr vurmuş bəzi qəhrəmanlarımız barədə videoları yenidən təqdim edək.
Bu dəfə sizə düşmənə qan udduran 4 qəhrəmanımızla bağlı videonu təqdim edəcəyik. Bu qəhrəmanları tanıtmaq, onları təbliğ etmək və xatirəsini yaşatmaq hər birimizin borcudur.
Video: 22-ci əsr kanalı
Oxu24.com
ŞƏRHLƏR