Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61254
az

Vətən müharibəsində qazi atasının arzusunu reallaşdıran qalib əsgər - VİDEO

18:2416 Noyabr, 2021
252
HƏRBİ
  • A

Birinci Qarabağ döyüşlərində yaralanaraq qazi olan bir atanın oğlu idi Zöhrab. Ailəsində vətən ,torpaq sevgisi  ilə böyümüşdü. Hər çətinliyi görən, hər çətinliyə dözən qəhrəmanımız müharibə başlayanda irəli atılaraq, yollanır Qarabağa. Suqovuşanda vuruşur və şəhadətə yüksəlir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 12-13 yaşlarından əziyyətin nə olduğunu bilirdi Zöhrab Allahverdiyev. Məktəbdən gələndən sonra işləyir, ailəsinə dəstək olur, atası ilə birgə evi dolandırırdı. Əsgərlik yaşı çatanda isə geri çəkilmədən mərdi-mərdanə, ləyaqətlə bu borcunu da ödəyir. Vətənin dar günündə də geri çəkilmir bu oğul, müharibənin ilk günlərdən yollanır birbaşa döyüş bölgəsinə...

Birinci Qarabağ müharibəsində döyüşərək yaralanan qazi atanın yeganə oğlu olub Zöhrab. Uşaqlıqdan Qarabağ sevgisi ilə böyüyən bu oğul, müharibənin başladığı ilk günlərdən döyüşlərə qatılmağı özünə borc bilir. 

Bu gün şəhid Zöhrabın Şamaxı Şəhidlər Xiyabanında yerləşən məzarı ilə yanaşı, 3 rəngli bayrağımıza bürünən otağı, yatağı da məktəblilər, Şamaxı camaatı üçün hər zaman ziyarət etdikləri bir muzey, and yeridir.  

2001-ci ilsentyabrın 28-də Şamaxı şəhərində anadan olan Zöhrab, 2007-2018-ci illərdə Veyisov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhadətə yüksələn qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə də quş qripi aşkarlandı
Türk şirkəti Azərbaycanda zəlzələ riskini araşdıracaq
Ukraynada hərbi polis yaradılır

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat