Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61138
az

Ayaqların altında yanma hissi - Səbəbləri araşdıraq

20:4714 Noyabr, 2021
544
TİBB
  • A

Dabanda ağrı, uyuşma, yanma, batma hissiyyatı çox zaman xəstələrin şikayətidir. İnsanlar hansı həkimə üz tutacaqlarını bilmir.

Medicina.az bu simptomun əsas səbəblərini araşdırıb.

Ümumiyyətlə, hər hansı nahiyədə yanma hissli ağrı neyropatik hesab edilir.
Neyropatik ağrı həmin toxuma ətrafında sinir və neyronların qıcıqlanması və bu hissi beyinə ötürməsi deməkdir.
Bu ağrı ağrıkəsicilərlə kəsilmir.

Uzunmüddətli, qısa, xroniki ola bilər.

Əgər hər iki ayağın altında yanma sensor polineyropatiya zamanı olur.

Polineyropatiya – kiçik sinir uclarının zədələnməsidir.

- Bu sinirlər hərəkət siniri, hissiyat siniri, daxili orqanlara bağlı vegetativ ola bilər.

Hansı xəstəliklərdə yanma hissi olur:

- Müxtəlif virus və infeksion xəstəliklərdən sonra
- Şəkərli diabet xəstələrində
- İçkidən, siqaretdən
- Böyrək, qaraciyər çatışmazlığı
- Müxtəlif cinsi infeksiyalar
- Revmatoid artrit, sklerodermiya, artroz
- Onkoloji xəstəliklər
- Qanda D, kalsium, B qrup vitaminlərinin çatışmaması
- Genetik, irsi neyropatiya, uşaqlıqdan başlaya bilər

Göründüyü kimi, bu ayrıca bir proses olmur. Ona görə mütləq kompleks müayinələr olunmalıdır

- Qanın ümumi və sidiyin analizi
- Biokimyəvi, qaraciyər analizləri
- Hormonal balans
- C reaktiv zülal, revmatoloji analizlər
- QİÇS, hepatit, sifilir analizləri

Nəticələrdən sonra problemin harda olduğu qismən aydın olur və o istiqamətdə müalicə gedir.

Bu problemin müayinəsi nə qədər tez başlansa bir o qədər yaxşıdır.

Açıq-aşkar yalnız bir ayaqda yanma hissi onurğa beyni və fəqərələrdən və ordakı iri sinirlərdən qaynaqlanır. Bunun üçün nevroloq ayaqların EMQ-sini aparmalıdır.

Eləcə də bel nahiyənin MRT, çanaq və ayaqların rentgeni tələb oluna bilər.
Ağrını ağrıkəsicilər kəsmədiyi üçün nevroloq digər uyğun dərmanlar, əsas da antidepressantlar təyin edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ