Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60896
az

Müharibənin başa çatmasından sonra Köhnə Tağlara yeridilmiş erməni hərbçilərinin komandiri həbs olundu

19:3709 Noyabr, 2021
312
CƏMİYYƏT
  • A

Ötən ilin dekabrında Xocavəndin Köhnə Tağlar (əvvəllər ləğv edilmiş Hadrut inzibati rayonuna tabe olub) kəndi ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən yaxalanan erməni hərbçilərinin batalyon komandiri C.M. həbs olunub. Erməni KİV-ləri bu haqda bildirir. C.M. həmin iş üzrə həbs edilən ikinci zabitdir. Bundan əvvəl-sentyabr ayında iş üzrə polkovnik-leytenant Arsen Kazaryan həbs edilmişdi.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirir ki, atıcı batalyonun komandiri C.M. 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Köhnə Tağlar kəndinin şərq istiqamətindəki 12 döyüş postunun təhlükəsizliyini təmin etmək əmri alıb. Lakin 2020-ci il dekabrın 11-12-də gedən döyüş əməliyyatları zamanı C.M. vəzifə səhlənkarlığına yol verib, həmin postların hamısı Azərbaycan ordusunun nəzarətinə keçib, komandirin tabeliyində olan hərbi hissənin şəxsi heyəti isə mühasirədə qalıb. Nəticədə 9 hərbçi öldürülüb, 2-si əsir alınıb.

Həmin komandirə hələ 2021-ci ilin aprelində ittiham irəli sürülmüşdü və həbsi barədə vəsatət verilmişdi. Lakin məhkəmə vəsatəti rədd edib. Prokuror isə bu qərardan apellyasiya verib.

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından təxminən iki həftə sonra-noyabrın sonlarında Ermənistandan bir qrup hərbi qulluqçu Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafına göndərilib, orada müdafiə mövqeləri qurulub.

Azərbaycan ordusu dekabrın 11-də və 12-də həmin kəndləri erməni diversiya qrupundan təmizləyib, 60-dan çox hərbçi tutulub. Onların barəsində cinayət işi qaldırılıb. Bu ilin yayında Bakıda keçirilən məhkəmə proseslərində həmin erməni hərbçilərinin bir qrupuna həbs cəzaları verilib, bir qismi isə mina xəritələrinin əvəzində Ermənistana qaytarılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ