Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60809
az

Ürəyinizdə bu hallar baş verirsə,mütləq həkimə gedin

20:3907 Noyabr, 2021
889
TİBB
  • A

Ürəyi kardioloqda müayinə etmək üçün döş qəfəsində, ürək nahiyəsində küt ağrını gözləməyin. Bu heç də yeganə əlamət deyil. Ürəyin xəstə olduğunu göstərən 7 digər yumşaq əlamətlər var.


Medicina.az kardioqrammaya ehtiyac duyulan vəziyyətləri təqdim edir.
1. Döş qəfəsi və kürəkdə istənilən təkrarlanan ağrı

Düzdür, bu ağrıların səbəbləri çoxdur. Amma iki əsas orqan istisna edilməlidir: ürək və onurğa. Əgər siz bir dəfə güclü basıcı, basıcı, sanki üzərinizə beton lövhə düşüb, yandırıcı ağrı hiss etdinizsə, mütləq EKQ VƏ EXQ olunun.

Kürəkdə xəncər batırmış kimi ağrı, sol qola, çiyinə, çənəyə, boyuna, qulağa yayılan ağrılar zamanı təcili yardım çağırılıb, yerindəcə kardioqramma çəkilir.

2. Ürəyin işində pozulmalar

Ürək sanki birdən donur, soyuyur, birdən yerindən çıxırmış kimi çırpınır, ürək ritmi gah yüksəlir, gah azalırsa, bu fibrillyasiya və infarkt ola bilər.

3. Nəbz stabil deyil

Gah asta vurur, gah tezləşir. Xüsusən qəfildən asta ritmə keçmə təhlükəlidir. Normada nəbz vurğusu 70-90 olmalıdır. Dəqiqədə 100 vurğu taxikardiyadır. Bu ciddi siqnaldır. O yaxınlaşan insuıt və ya mədəcik çatışmazlığını göstərə bilər.


4. Təzqiyin “oynaması”

140-dan yuxarı təzyiq həmişə hipertonik kriz, yəni insult və infarkt riskidir. 90/60-dan aşağı usə baş beynin oksigen aclığına səbəb olur. Ona görə təzyiq tez-tez dəyişən şəxslər, mütləq təcili kardioloqa getməlidirlər.

5. Huşun itməsi

Hətta bir neçə saniyəlik də huşun getməsi ürək və beyini yoxlamaq üçün ciddi siqnaldır. Elə həmin gün həkim çağırılmalıdır.

6. Təngnəfəslik

Pilləkənləri çıxarkən, qaçarkən tövşümək, təngnəfəslik ürək –damar xəstəlikləri, ürək çatışmazlığı, ürək astmasının xəbərçisidir.

7. İrsi ürək xəstəliklərinə meyillilik

Ailəsində, nəslində ürək-damar xəstəliyi, infarkt və insultdan ölənlər varsa, onlar daim risk qrupundadırlar. Atası, babası

ürək xəstəsi olanlar və bu problemdən vəfat edənlər ildə 2 dəfə kardioloqa getməli, 30 yaşından diqqətli olmalıdırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ