Kamerunun şimalında "Boko Haram" terror qruplaşmasının silahlıları tərəfindən azı iki nəfər öldürülüb.
Oxu24.com xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Kamerunun təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, silahlılar Çeriputi kəndinə hücum edib, iki dinc sakin öldürülüb, daha dörd nəfər yaralanıb. Hazırda terrorçuları təqib edən bölgəyə əlavə ordu hissələri göndərilib.
Qeyd edək ki, 2002-ci ildə qonşu Nigeriyada yaradılan “Boko Haram” qruplaşmasının Çad gölü bölgəsində bazaları var və Kamerun da daxil olmaqla qonşu dövlətlərin ərazilərində fəaliyyətlərini genişləndirməyə çalışır.
Oxu24.com
ŞƏRHLƏR