Türkiyəli elm adamları koronavirusun cinsi zəifliklə əlaqəsini araşdırıb.
Oxu24.com bildirir ki, tədqiqatlarda koronavirusa yoluxan, hər hansı xroniki xəstəliyi olmayan 30-45 yaş arası 80 kişi iştirak edib. Xəstələrin qan analizləri və hormon səviyyələri təhlil edilərək cinsi funksiyaları qiymətləndirilib. Eyni zamanda həmin şəxslərin müalicəsi bitdikdən 3 ay sonra cinsi funksiyaları yenidən dəyərləndirilib. Nəticədə koronavirusa yoluxmadan öncə və sonra arasında dəyişikliklərin olduğu üzə çıxıb.
Belə ki, COVİD-19 kimi infeksiyalar zamanı bədənin müdafiə üçün istehsal etdiyi zülal olan interleykin-6 (İL-6) səviyyəsinin artdığı müşahidə edili. Belə ki, tədqiqatın sonunda xəstəxanaya yerləşdirilərkən İL-6 səviyyəsi yüksək olan xəstələrin 3-cü ayında cinsi funksiyalarının pisləşdiyi aşkarlanıb.
Araşdırma qrupunun əməkdaşlarından biri, daxili xəstəliklər üzrə mütəxəssis Rıdvan Sivritepe cinsi zəifliyin dünyada 150 milyondan çox kişiyə təsir etdiyini söyləyib. O, həmçinin COVİD-19-un cinsi funksiyaları poza biləcəyinə diqqət çəkib.
"IL-6 səviyyəsi, xüsusən də koronavirusa yoluxmuş gənc kişilərdə cinsi zəifliyi aşkar etmək üçün əlamət olaraq istifadə edilə bilər. Bu baxımdan vətəndaşlara peyvəndlənməyi, gigiyena, sosial məsafə və maska qaydalarına əməl etmələrini tövsiyə edirik. Vaksin yox, koronavirus özü cinsi zəiflik yaradır”
Mütəxəssis qeyd edib ki, bu istiqamətdə araşdırmalar pandemiyanın əvvəllərində, hələ vaksinləşmə prosesinin getmədiyi dövrdə başlayıb:
"Bu tip zəifliyin vaksinlərlə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, araşdırmalarda "Biontech” vaksininin kişilərin reproduktiv funksiyalarına müsbət təsir göstərdiyi də bəlli olub”. /yenisabah.az/
Oxu24.com
ŞƏRHLƏR