Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60712
az

Qadınlarda cinsi istəksizlik nədir?18+

00:1906 Noyabr, 2021
1396
18+
  • A

Cinsi istək, adamın qarşı cinslə əlaqəyə girmə arzusu olaraq bilinir və ola biləcək cazibə cinsi partnyora yönəlir.
Həmçinin cinsi əlaqə ilə bağlı  yuxular və ya fantaziyalar qurma, cinsi fəaliyyətlə əlaqədar arzuların fərqində olunmasını da əhatə  edir. 
Fantaziyalar qurma, görmə, iyləmə, eşitmə, toxunma, dadma, düşüncə və duyğular cinsi istəyi əmələ gətirir.
Doyumlu cinsi əlaqə üçün əvvəlcə adamın öz içində bir istək duyması, istəyin bir partnyora  yönəlməsi lazımdır.
 
Cinsi istəksizlik nədir?
"3 illik evliyəm. Doğumdan sonrakı zahılıq  və əmizdirmə dövrlərində 6 ay yoldaşımla sevişmədik. İndi sevişərkən heç bir duyğu hiss etmirəm, canım belə istəmir. Yalnız yoldaşıma qarşı vəzifəmi etdiyim seksi də  artıq istəmirəm. Buz kimi oluram. Halbuki o həzzi yaşamağı nə qədər çox istəyərdim. Sevişərkən fikrim  həmişə dağılır. Özümü verə bilmirəm..."
 Cinsi əlaqəyə dair  düşüncələrin, xəyalların olmaması,  ya da çox az olması, cinsi əlaqəyə girməmə və ya az girmə yoldaşının cinsi əlaqəyə cəhdlərinə cavab verməmə bunlar cinsi istəksizliyin əsas əlamətləridir.
 
Cinsi problemlər evlilik problemlərinə, evlilik problemləri də cinsi problemlərə yol aça bilir.
Bu səbəblə də  cinsi istəksizliyi ər - arvad arasında pozulmuş əlaqənin bir səbəbi  olaraq görmək lazımdır. 
Bu cür hadisələrdə cütlərdən  yalnız birini müalicəyə cəlb etmək  doğru bir yanaşma olmur, cütü birlikdə müalicə etmək  lazımdır. 
Bundan başqa  cütlər  arasında səhv anlamalara və ciddi qarşıdurmalara gətirib çıxaran ən əhəmiyyətli faktorlardan biri onların  cinsi istək səviyyələrinin diqqətə çarpan dərəcədə  fərqli olmasıdır.
Yaşlanma və menopauz, cinsi əlaqədən  uzun müddət uzaq qalmaq, istifadə edilən bəzi dərmanlar, alkoqol, böyrək, qaraciyər və ürək çatmazlığı,  şəkər xəstəliyi və yüksək təzyiq kimi xroniki xəstəliklər,  əməliyyatla rəhmin alınması, hormonal  balanssızlıqlar, doğumdan sonrakı zahılıq və əmizdirmə dövrlər, rəhm ağızı infeksiyalar, vaginal göbələk, trixomonoz kimi  infeksiyalar, yaşa bağlı hormonal çatışmazlıqdan qaynaqlanan quruluq, əməliyyat sonrası meydana gəlmiş yapışıqlıqlar kimi cinsi həyata təsir edən  narahatlıqlar, əlaqədə ağrı hiss etmə kimi fiziki faktorlar,  həddindən artıq stress, cütlər  arasındakı anlaşılmazlıq  və qarşıdurmalar, evliliklə əlaqədar problemlər, bezginlik, cinsi zədələr, təcavüz, ailədə birinin ölümü, uşaq doğumu, daşınma kimi əhəmiyyətli həyat hadisələri, əlaqəyə lazımlı diqqətin göstərilməməsi, cinsi əlaqə ilə bağlı  mənfi xatirələrin olması və  digər cinsi problemlərlə  psixoloji faktorlar cinsi istəksizliyə yol aça bilir.
Səbəbləri ümumiləşdirsək,  bir qisimini kişilərin səbəb olduğu, bir qisimini qadınların özlərindən gələn və bir qisimini də ətraf ilə əlaqədar səbəblər olaraq görmək lazımdır.

Müalicə  cütlər arasında bir uyğunlaşma yaradılması və aralarındakı pozulan ünsiyyətin yenidən təşkil edilməsiylə başlayır. Cinsi həyatda qısa ayrılıqlardan sonra bir araya gəlmə, təhsil məqsədli erotik videolar seyr etmə, paltar dəyişikliyi, rəftarlardakı bir dəyişiklik, məkan dəyişikliyi kimi kiçik dəyişikliklər və fantaziyalar qurulması  cinsi həyata yeniliklərin qazandırılması yolunda müalicəyə dəstək olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu