Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60588
az

Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiyası ilə bağlı tapşırıq yoxdur

22:1203 Noyabr, 2021
219
CƏMİYYƏT
  • A


Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiya olunması ilə bağlı tapşırıq yoxdur.
"OXU24.COM" xəbər verir ki, bunu "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, Səhiyyə və Təhsil Nazirliyinin birgə yaydığı məlumat sadəcə tövsiyə xarakterlidir: "Düşünmürəm ki, bu günə qədər həmin yaşda olan hansısa şagirdin peyvənd olunmadığına görə məktəbə buraxılmamasına dair bir fakt var. Belə hadisə olmayıb. Yenə də təkrar edirəm ki, bu, sadəcə tövsiyədir. Əgər aidiyyəti qurumlar belə bir qərar veribsə, deməli, bunun əsasında tədqiqatlar və elmi araşdırmalar dayanıb".

Qeyd edək ki, ölkədə oktyabrın 5-dən 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına qərar verilib. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən həmin yeniyetmələrə "COVID-19" əleyhinə Pfizer peyvəndi vurula bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DTX-nin həbs etdiyi Kamran Zülfüqarov tırın altında Azərbaycana qayıdıbmış  - ŞOK DETALLAR
Bakıda ev yanaraq kül oldu
Çörəyin qiyməti nə qədər artacaq? - AÇIQLAMA

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Sumqayıtda maşın vuran uşaq üç gün sonra xəstəxanada ölüb