Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6054
az

Kapital Bankdan şəhid ailələrinə JEST: Bu xidməti PULSUZ edəcəklər

13:1012 Oktyabr, 2018
1104
CƏMİYYƏT
  • A
  Dünən xəbər vermişdik ki, Kapitalbankda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə ayrılan 11.000 manat birdəflik yardımı almaq məqsədi ilə sözügedən bankda açılan hesab nömrəsi haqqında arayış üçün 10 manat tutulur.

Eyni zamanda, şəhid ailələrinə bildirmişdilər ki, 11.000 manatdan da 1 faiz, yəni 110 manat bank xidməti haqqı tutulacaq.

Bu gün Kapitalbankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov  redaksiya ilə əlaqə saxlayıb. Baş verənlərə aydınlıq gətirib:

"Əslində burada bir anlaşılmazlıq var. Çünki hesab nömrəsi bütün müştərilərimiz üçün pulsuz açılır, arayışlar üçün isə on manat ödəniş olur. Lakin şəhid ailələri üçün bu arayışlar da tam ödənişsizdir. Eyni zamanda, on bir min manatdan da heç bir xidmət haqqı tutulmayacaq. Bu barədə Kapitalbankın daxili təlimatı da var. Hansı şəhid ailəsi üzvü Kapitalbanka arayış üçün on manat ödəyibsə, birinci gündən filiallarımıza yaxınlaşaraq həmin çekləri təqdim edərək vəsaiti geri ala bilərlər. Ümumiyyətlə, Kapitalbank şəhid ailələrinə, Qarabağ qazilərinə həmişə diqqət və qayğı ilə yanaşıb. Bundan sonra da belə olacaq. Baş vermiş anlaşılmazlıqdan, sadəcə, təəssüflənirik!”, - deyə o, bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ