Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60349
az

Yerin altında GİZLİ ŞƏHƏR - Səslər sizi VAHİMƏYƏ SALACAQ

00:0531 Oktyabr, 2021
797
MARAQLI
  • A

Vyetnamda yerləşən Şondonq mağarası dünyada ən böyük mağaradır. Mağara 1991-ci ildə insan ayağı dəyməmiş yerdə tapılıb.

Əslində sirli məkan aborigenlərə çoxdan bəlli idi. Sadəcə mağaranın içindən qeyri-adi səslərin gəlməsi səbəbindən onlar bir müddət Şondonqdan uzaq gəzdilər. 2009-cu ildə aparılmış araşdırmalardan sonra bu məkanın Yer üzünün ən böyük mağarası olması üzə çıxdı.

Mağara o qədər böyükdür ki, onun içində meşə, kiçik dağlar, böyük göl, hətta heyvanları var. Kilometrlərlə uzanan bu yeraltı cənnətin özünəməxsus təbiəti, flora və faunası var və onun böyük hissəsi hələ də kəşf edilməyib. O, Malayziyada yerləşən Maral mağarasından 5 dəfə böyükdür.

Onun ümumi həcmi 38,5 milyon k/m-dir. Şondonq mağarası o qədər nəhəngdir ki, (bəzi yerlərdə hündürlük 200 metrə çatır, eni 150 metr, uzunluq isə 5 kilometrdir), özünün çayları, cəngəllikləri və iqlimi var.

Avstraliyalı fotoqraf John Spies burada bir həftə keçirərək, təbiət möcüzələrini və bura düşmək üçün 3000 dollar pul xərcləyən turistləri çəkib. 2013-cü ilin avqust ayının əvvəllərində Şondonqa ilk turistik tur təşkil edilib. Mağaranın içərisinə düşmək üçün ip ilə 80 metr yeraltı dərinliyə enmək tələb olunur. Turistlər orada düşərgə salaraq yeraltı mağara labirintində və ya tonqal kənarında rahat oturaraq vaxt keçirirlər.

Sentyabrdan marta qədər mağaraya giriş bağlı olur, çünki bu zaman yağış dövrü olur ki, bu da çox təhlükəlidir. “Sơn Đoòng” adlanan düynanın ən böyük mağarası özünə BBC, National Geographic kimi kino şirkətləri, həmçinin yapon və braziliya komandalarını cəlb edib. O 2011-ci ildə National Geographic məşhur jurnalında dərc olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı