ABŞ Prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Vatikanda Fransa səfirliyində bir araya gəliblər.
OXU24.COM xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Son dövrlər ölkələr arasında yaranmış gərginliyə baxmayaraq liderlər bir-birilərini səmimi şəkildə salamlayıblar.
Bundan əlavə, qeyd edilir ki, Bayden Makronla görüşə bir saatdan çox gecikib.
Belə ki, görüşün yerli vaxtla saat 16:15-də başlanması planlaşdırılsa da, Baydenin korteji yalnız saat 17:40-da Fransa səfirliyinin ərazisinə çatıb.
Oxu24.com
ŞƏRHLƏR