Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60085
az

AY.4.2 variantı “delta” ştamının submutasiyasıdır

23:2625 Oktyabr, 2021
202
CƏMİYYƏT
  • A

Koronavirus digər viruslar kimi nəinki ildən-ilə, hətta aylarla mutasiyaya uğrayacaq və belə də davam edəcək. Mutasiyaya uğramış variantın özünü necə göstərməsi gedişatdan sonra məlum olacaq. Yeni AY.4.2 variantı "delta" ştamının submutasiyasıdır. Orada əsas fərq virusun özünün zülalının, yəni spayk proteininin dəyişikliyə uğramasıdır. Ona görə də yeni mutasiyaya uğramış variantlar hazırda uşaqlar arasında da yayılmaqdadır. Çində ortaya çıxan COVID-19 virusu uşaqlarda yayılmırdı. Hazırda spayk proteinində gedən dəyişikliklərə əsasən uşaqlarda yoluxma riski artır. Lakin buna görə panikaya düşmək lazım deyil. Mutasiyaya uğramış variantlar əvvəlkilərə nisbətən daha sürətlə yayılsa da, yəni yoluxuculuğu daha yüksək olsa da, bu, o demək deyil ki, öldürücü olacaq, daha çox ağırlaşma verəcək. Uzun illər əvvələ nəzər saldıqda görürük ki, bütün viruslar mutasiyaya uğradıqca tam əksinə olaraq zəifləyir, yoluxuculuğu artsa da, xəstəliyin gedişatına bir o qədər təsir göstərmir və ağır hal qeydə alınmır. Bu virusun özünü necə aparacağını isə zaman göstərəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim Mətanət Cəfərova deyib.

Həkimin sözlərinə görə, hələ ki, mövcud vaksinlər mutasiyalara da təsirlidir. Əgər vaksinlər yeni mutasiyalara təsir etməzsə və həmin variantlar daha çox populyasiya arasında yayılarsa, ola bilər ki, gələcəkdə yeni peyvəndlər kəşf olunsun: "Submutasiya variantının ölkəmizdə olması hələ ki, təsdiqini tapmayıb. Bəzi ölkələrdə yayılsa da, ölkəmizə gəlib-gəlməyəcəyi və ya gələrsə, özünü necə göstərəcəyi bəlli deyil. Mövcud peyvəndlərin hamısı yeni variantlara qarşı da keçərli və effektivdir. Sevindiricidir ki, əhali məlumatlıdır və vaksinasiyaya qoşulanların sayı kifayət qədərdir. Məsləhət görərdim ki, xüsusilə xəstəliyi heç keçirməyənlər mütləq surətdə vaksinasiya olunsunlar. Risk qrupuna daxil olanların iki dozadan altı ay sonra üçüncü dozanı vurdurması da tövsiyə olunur. Bütün vətəndaşların isə şəxsi gigiyenaya əməl etməsi, sosial məsafəni qoruması və fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməsi önəmlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ