Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60018
az

Təbrizdə valiyə şillə vuran şəxs görün kim İMİŞ - VİDEO

22:3424 Oktyabr, 2021
2595
OXU24 TV
  • A

Təbriz Şəhər Valilik binasında şəhərə yeni vali təyin edilən Xürrem Rezevi səhnəyə qalxan bir şəxs tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, Xürrem Rezeviniyə şillə vuran şəxs bu etirazı onunla əlaqələndirib ki, Təbrizdə fars dilində çıxış təbrizlilərə təhqirdi. 

Hadisə ilə bağlı tanınmış jurnalist Fikrət Fərəməzoğlu da maraqlı məlumat paylaşıb.

Oxu24.com  həmin məlumatı təqdim edir:

"Təbrizdə baş verən məlum hadisənin səbəbkarı heç də kiçik adam olmayıb. Həmin şəxs İran-İraq müharibəsi zamanı yalnız Azərbaycan türklərindən təşkil olunmuş, müharibənin taleyini dəyişmiş, habelə İraq ordusunun ən çox çəkindiyi "Ləşkəre Aşura”, yəni "Aşura Ordusu”nun polkovnikidir.

İranda həmin ordunun tərkibində döyüşmüş, amma sağ qalmış adamlara xüsusi simpatiya var. Çünki onlar müharibə zamanı ən çətin tapşırıqları, ən ağır əməliyyatları keçirən və "Canlı Şəhid” adını qazanmış adamlardırlar. Bir sözlə, hökumət belə onlardan bu gün də ciddi şəkildə çəkinir.

Adamın adı açıqlanmır. Hadisənin şəxsi zəmində baş verdiyi deyilir ki, bu inandırıcı deyil. Adam, xüsusən də Təbrizli həyatı boyu ciddi səbəb olmadan, özü də Daxili işlər nazirinin düz gözü qarşısında valiyə sillə vurmaz. Demək ki, əsaslı bir səbəb var”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı